Dağıstanda zəlzələ baş verdi

23 İyul 2024 23:59

Dağıstanın Tabasaran rayonunda iki dağ kəndi arasında 3 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.

"Axşam saatlarında növbətçi Elmi Mərkəzə məlumat daxil olub ki, Tabasaran rayonunun Tınıt və Güxryaq kəndlərində 3 bal gücündə, 8 km dərinlikdə seysmik hadisə qeydə alınıb. Əhali tərəfindən heç bir şikayət daxil olmayıb", - deyə məlumatda bildirilir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun