Ukraynada döyüşənlərə rekord məbləğdə pul mükafatı...

23 İyul 2024 23:30

Rusiya paytaxtının meri Sergey Sobyanin Ukraynaya döyüşmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara 1,9 milyon rubl (21,5 min ABŞ dolları) məbləğində birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediasının məlumatında deyilir.

Bildirilib ki, birdəfəlik ödəniş Rusiya üçün rekord məbləğ sayılır.

Qeyd edilir ki, bundan öncə Ukraynada döyüşənlər üçün ən yüksək pul məbləği Qaraçay-Çərkəz regionunda təyin edilmişdi.

Belə ki, burada iyun ayında döyüşçülərə 1,3 milyon rubl birdəfəlik ödəniş təyin edilirdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun