Netanyahu və Bayden bu tarixdə görüşəcək

23 İyul 2024 23:02

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 25-də Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin məlumatında deyilir.

"Baş nazir Benyamin Netanyahu cümə axşamı Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan öncə Netanyahunun ABŞ-ın eks-prezidenti Donald Trampla görüşəcəyi barədə məlumat yayılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun