Tramp Baydenin ətrafından TƏLƏBİ: Bu fırıldağınıza görə ödəniş etməlisiniz

24 İyul 2024 09:56

Respublikaçılar Partiyası Co Baydenin çevrəsinin "fırıldaqçılığı" ilə mübarizə aparmaq üçün vaxt və pul sərf etməli olduğu üçün kompensasiya almalıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Respublikaçılar Partiyasına demokratların saxtakarlıqlarına görə kompensasiya ödənilməlidir. Co Baydenin ətrafında olan hər kəs, o cümlədən həkimləri və yalançı media onun nə prezidentliyə namizədliyini irəli sürmək, nə də prezident olmaq üçün yararlı olmadığını bilirdi"- Ağ Evin rəhbəri vəzifəsinə namizədi qeyd edib.

Bazar günü, iyulun 21-də Bayden yenidən seçilmək istəməyəcəyini açıqladı və Kamala Harrisi namizəd kimi dəstəklədi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun