"Panatinaikos" Ergin Atamanla müqavilə müddətini uzadıb

24 İyul 2024 07:02

Yunanıstanın "Panatinaikos" basketbol komandası türkiyəli baş məşqçisi Ergin Atamanla müqavilə müddətini uzadıb.

Milli.Az AZƏRTAC istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.

"Panatinaikos" ötən mövsüm Ergin Atamanın rəhbərliyi altında Avro Liqanın və ölkə çempionatının qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun