Messi, Suares və xanımları yaxtada belə dincəlirlər - FOTO

26 İyul 2024 04:04

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo tətildən çəkilmiş birgə fotolarını yayıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlar Mayamidə, Atlantik okeanın sahillərində dincəlirlər. Fotoda cütlüyün yaxtada olduğu görünüb. Digər fotoda Lionel Messinin "İnter"dəki komanda yoldaşı Luis Suares də var.

Xatırladaq ki, Amerika kubokunun Kolumbiya ilə final oyununda ayağı burxulan Leo hələ bir müddət istirahət etməli olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun