Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - FOTO

23 İyul 2024 17:40

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

Qeyd edilir ki, 10 otaqdan ibarət malikanənin həyətyanı sahəsi 36 sotdur. 

Paytaxtın Həsən Əliyev küçəsində yerləşən bu daşınmaz əmlak nə az, nə çox - 15 000 000 manata təklif olunur.

Malikanənin sahibinin kimliyi açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun