“O kiçik qız mən idim...”

23 İyul 2024 16:40

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden partiyasının həftələrdir davam edən təzyiqlərindən sonra seçki yarışından geri çəkilərək vitse-prezident Kamala Harrisi dəstəklədiyini və bunun indiyədək verdiyi ən düzgün qərar olduğunu bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Harris hələ bir neçə həftə sonra partiyasının Çikaqoda keçiriləcək qurultayında rəsmi olaraq namizəd göstərilməlidir.

Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ-nin 47-ci, ilk qadın və ikinci qaradərili (Barak Obamadan sonra-red.) prezidenti olacaq.

Kamala Harris kimdir?

Amerikalı siyasətçi, hüquqşünas və ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris 20 oktyabr 1964-cü ildə anadan olub.

Diplomat ana tərəfdən hind, ata tərəfdən isə Yamayka əsillidir. Kaliforniyanın Oklənd şəhərində böyüyüb.

1989-cu ildə Kaliforniya Universitetinin Hastings Hüquq Məktəbində təhsil aldıqdan sonra hüquqşünas olur.

1990-cı ildə Alameda Rayon Prokurorluğunda işləyir.

Harris 2003-cü ildə San-Fransisko ərazi prokuroru təyin edilir.

2017-ci ilə qədər Kaliforniya Baş prokuroru vəzifəsində çalışır.

Daha sonra Demokrat senator Barbara Bokserin yerinə Senator seçilir.

2018-19-cu illərdə adı cinsi istismar iddialarında hallanır.

11 avqust 2020-ci ildə Bayden Harrisi namizəd yoldaşı kimi seçir.

Təşviqat kampaniyası çərçivəsində Baydenlə Mülki Hüquqlar Aktının qəbulundan sonra Harris ən yaddaqalan çıxışına imza atır.

Belə ki, məktəblərin seqreqasiyasına (əhalinin bir qrupunun cəmiyyətdən müəyyən fiziki əlamətlərə görə zorla ayrılması siyasəti.-red.) qarşı çıxması ilə bağlı televiziya debatı zamanı qaradərili olduğu üçün zamanında öz üzləşdiyi problemi dilə gətirir:

"Bilirsiniz ki, Kaliforniyada dövlət məktəblərinə inteqrasiya etmək üçün ikinci sinifdə oxuyan kiçik bir qız var idi və o, digər məktəb yoldaşlarından fərqli olaraq hər gün dərsə avtobusla gedirdi. O kiçik qız mən idim".

Elə bu çıxışı da onun kampaniyasının pik nöqtəsi olur.

Həmin ilin noyabrın 7-də cütlük Tramp-Pens cütlüyünü məğlub edir.

Bununla da ABŞ-nin ilk rəsmi qadın vitse-prezidenti seçilən Harris bu postda ermənipərəst mövqeyi və lobbiyə yaxın fiqurlardan biri kimi yadda qalır.

Onuda bildirək ki, "Politico" qəzeti yaydığı məlumata görə, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən sonra ilk 5 saat ərzində Harrisin seçkiqabağı kampaniyası üçün 55 milyon dollardan çox ianə toplanıb.

Məlumat üçün deyək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib. Əgər Harris seçkilərdə qalib gələrsə, o bu dəfə ABŞ-nin 47-ci və ilk qadın prezidenti olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun