Bakıda quldurluq edən qadın tutuldu

23 İyul 2024 16:13

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayon ərazisində bir nəfərin 223 manat pulu soyğunçuluq yolu ilə talanıb.

Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi məkdaşlarının keçirdikləri tədbirlərlə cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun