“Dedi ki, yaxşı eləmişəm” - Hadisə şahidi

23 İyul 2024 15:26

Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən "Beton Xosrov" ləqəbili Xosrov Əhmədovla bağlı bəzi məqamlar bəlli olub. 

Milli.Az Baku Tv-yə istinadən xəbər verir ki, əvvəllər peşəkar ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən Xosrov Əhmədovun 3 qız övlad var imiş.

Bu barədə onun qonşuları məlumat verib. Bildiriblər ki, hadisə onların gözləri qarşısında baş verib. Bundan başqa, X. Əhmədov əvvəllər həyat yoldaşını tez-tez döyürmüş. Ötən gün isə o, 6 yaşlı qızını öldürəcəyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun