"Yorulmuşam, verilişin birini aparım"

23 İyul 2024 14:36

Aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə birlikdə Qubaya gəzintiyə yollanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, instaqramda canlı yayım açan aparıcı orada sakinlərlə söhbət edib. 

Aparıcının "Hansı verilişimi sevirsən? "Səni axtarıram", yoxsa "Günaydın, Azərbaycan" sualına qadın "İksini də" cavabını verib. 

Xoşqədəm isə "Yorulmuşam, yazığam. Birini aparım. Deyirsiniz bütün gün efirdə olum" reaksiyasını verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun