Nabranda evdə partlayış: 3 yaralı var

23 İyul 2024 13:26

Xaçmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Hazırda fakt araşdırılır.

Milli.Az