Türkiyəli körpə Hacıqabulda pnevmaniyadan öldü

23 İyul 2024 13:08

Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Nəvahi kəndində baş verib.

Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

Uşağın pnevmaniyadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun