Azərbaycanda körpə dərmandan zəhərləndi

23 İyul 2024 11:14

Qax rayonunda iki yaşlı körpə dərmandan zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qax şəhərində yaşadığı evdə nəzarətsiz qalan 2022-ci il təvəllüdlü A.Nemətzadə qəbzlik əleyhinə dərmanları içib.

Nəticədə zəhərlənən körpə xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun