Azərbaycanla sərhədə 150 metrlik hasar çəkildi

23 İyul 2024 10:32

Qazax-Tavuş sərhədinin Kirants kəndindən keçən hissəsində Ermənistan tərəfi sərhədə hasar hörülməsi işini tamamlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni mediası hasarın uzunluğunun 150 metr, hündürlüyünün 3 metr olduğunu yazıb.

Qeyd edilib ki, Azərbaycan sərhədçiləri artıq hasarın yaxınlığında postlar qurublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun