Yolu keçmək istəyirdi, maşın vurdu

23 İyul 2024 10:09

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə Talalar kəndi ərazisində rayonun Qabaqçöl qəsəbəsi istiqamətində qeydə alınıb.

Mamedov Ramil Alı oğlu "KIA Carens" markalı avtomobil ilə yolu keçmək istəyən rayon sakini Murtuzəliyeva Sürəyya Cumalı qızını vurub.

Piyada aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun