Oğuzda 11 yaşlı qız öldü - Səbəb dəhşətə gətirir

23 İyul 2024 09:49

Oğuzda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə dünən axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.

Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun