Yunan nazirdən qalmaqallı açıqlama: "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik"

22 İyul 2024 00:47

Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis qatıldığı televiziya proqramında Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişdə çıxış edən Georgiadis "Bir gecə F-35-lərlə qəfil Ankaraya gələ bilərik", - deyib.

Yunanıstanın səhiyyə naziri "Türkiyə aviasiyada sıfırdır", - ifadəsini işlədib.

O, Yunanıstan hökumətinin güclü ittifaqlara malik olduğunu, Türkiyənin isə tək qaldığını deyib, 2020-ci ilin yayında başlayan Şərqi Aralıq dənizi böhranında Yunanıstanın ABŞ və Fransa ilə qurduğu ittifaqlara toxunub.

Onun sözlərinə görə, müdafiə ittifaqları qurmaq Yunanıstanı daha da gücləndirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun