Baydenin oğlundan gözlənilməz QƏRAR: arzuolunmaz şəkillərini yayan kanalı...

23 İyul 2024 07:25

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden "Foks Nyus" kanalına qarşı məhkəmə iddiasından imtina edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, onun arzuolunmaz şəkillərini yaydığına görə media orqanını məhkəməyə verən H.Bayden 3 həftə sonra iddiasını geri götürüb. Prezidentin oğlunun vəkilləri onun qərarını şərh etmirlər. Məhkəmə işindən imtina Co Baydenin prezident seçkilərində iştirak etməyəcəyinə dair bəyanatı ilə eyni gündə baş verib.

Sözügedən şəkillər 2022-ci ildə "Foks Nation"də yayımlanmış "Hanter Baydenin məhkəməsi" filmində nümayiş olunub. Bunu qanun pozuntusu kimi qiymətləndirən Hanter Bayden Nyu York şəhər məhkəməsinə müraciət edib. "Foks Nyus" isə bu addımın tamamilə siyasi motivli olduğunu bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun