Bakı və İrəvan mühüm irəliləyiş əldə edir - ABŞ

23 İyul 2024 06:57

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib.

"Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik" ,- deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun