Görüş Budapeştdə yox, Brüsseldə keçiriləcək - Borrell

23 İyul 2024 06:15

Avropa Birliyi (AB) Şurası Macarıstanın AB-nin ümumi siyasətinə xələl gətirməsinə cavab olaraq üzv ölkələrin xarici işlər nazirlərinin Budapeştdə qeyri-rəsmi görüşünü keçirməkdən imtina edib, buna görə də iclas Brüsseldə çağırılacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərləri AB ölkələri tərəfindən etirazla qarşılanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun