Yi dəvət etdi, Kuleba sabah Çinə gedir

22 İyul 2024 22:08

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə səfər edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq məlumat yayıb.

Bildirilib ki, Kuleba Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə iyulun 23-dən 26-dək Çində səfərdə olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun