Ərdoğan və Əsəd Moskvada görüşə bilər

22 İyul 2024 21:23

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Deyli Sabah" qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, İraqın Baş naziri Məhəmməd əl-Sudani görüşə dəvət oluna bilər, lakin çox güman ki, İran dəvət edilməyəcək.

Hələlik Türkiyə rəsmiləri məsələni şərh etməyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun