"Turan Tovuz" növbəti transferini açıqlayıb

22 İyul 2024 20:17

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.

Müdafiənin hər iki cinahında oyanayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun