Fatmayıda bağ evindən 20 min manatlıq OĞURLUQ

22 İyul 2024 18:29

Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt şəhərində isə bir mağazadan 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. 

Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun