Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

22 İyul 2024 17:40

Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 23-də şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun