"Real"dan Arda Gülərlə bağlı qərar - İmtina etdi...

22 İyul 2024 16:53

"Bayer" Arda Güləri icarəyə götürmək üçün "Real"a təklif göndərib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Madrid klubu bundan imtina edib.

Leverkuzen klubu bir neçə dəfə bununla bağlı madridlilərlə əlaqə saxlayıb. Amma "Real" Avropanın digər klublarınında da təkliflərinə baxmayaraq 19 yaşlı türkiyəli futbolçunun komandada qalacağını elan edib.

Qeyd edək ki, ötən ilin yayında Madrid təmsilçisinə qoşulan Gülər 2023/2024 mövsümündə 10 oyunda 6 qol vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun