Hər bir erməninin 4 min dollar borcu var

22 İyul 2024 15:50

Ermənistanın dövlət borcu 12 milyard dolları keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni deputat Artur Xaçatryan sosial şəbəkə hesabıbda yazıb.

"Hökumətin yorulmaz və milli xilaskar fəaliyyəti nəticəsində iyunun 1-nə Ermənistan Respublikasının dövlət borcu 12 milyard dollar həddini keçib. Bu rəqəmi əhaliyə bölməyə çalışsanız, hər birimizin dövlət borcunda payımız 4 min dollardan çox olacaq. Növbəti dəfə onlar sizi dağılan asfaltla heyran etməyə çalışanda bu rəqəmləri xatırlayın", - Xaçatryan qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun