Tramp qalib gəlsə, nələr dəyişəcək? - Kobaxidze

22 İyul 2024 15:43

Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, Ukraynada münaqişə daha tez bitəcək və region daha tez sakitləşəcək ki, bu da konkret olaraq Gürcüstana münasibəti dəyişəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan təbii ki, heç kimin seçkilərinə müdaxilə edə bilməz:

"Xüsusən də ABŞ kimi böyük bir ölkənin prezident seçkilərinə qarışmaq bizim işimiz deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun