Jurnalist mətbuat günündə vəfat etdi

22 İyul 2024 13:44

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

O, "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib.

Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib.

O, son olaraq "Report" İnformasiya Agentliyində, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) işləyib.

AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi Fərqanə Quliyeva 44 yaşında, əməliyyatdan sonra dünyasını dəyişib.

Milli.Az