8 prokurorluq işçisi cəzalandırılıb

22 İyul 2024 13:12

Bu ilin ilk altı ayı ərzində 8 prokurorluq işçisi cəzalandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev ilin birinci rübünə həsr edilmiş geniş Kollegiya iclasında danışıb.

Kamran Əliyev qeyd edib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib.

3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətli töhmət verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun