Rusiyada sanatoriyada kütləvi zəhərlənmə: 39 uşaq...

22 İyul 2024 13:27

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərində yerləşən "Magistral" sanatoriyasında biri yetkin şəxs, 39-u uşaq olmaqla 40 nəfər zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə ilə bağlı sanitar-epidemioloji araşdırma başladılıb. İlkin məlumatlara görə, zəhərlənməyə norovirus infeksiyası ilə yoluxma səbəb olub.

Uşaq düşərgəsinin məxsus olduğu Qərbi Sibir Dəmir Yolunun mətbuat xidmətindən bildiriblər ki, sanatoriya bu gün bağlanacaq.

Zərərçəkən uşaqlara lazımi yardım göstərilib və düşərgədə sanitariyia işləri görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun