Nigeriyada silahlı hücum: 18 nəfər öldü

22 İyul 2024 13:07

Nigeriyanın Benue ştatında naməlum şəxslər silahlı hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV xəbər verib.

Məlumata görə, hücum nəticəsində 18 nəfər həlak olub. Ştat rəhbərliyi hücumdan sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib.

Qeyd edək ki, son vaxtlarda Nigeriyanın müxtəlif bölgələrində tez-tez silahlı hücumlar olur. Sonuncu dəfə iyulun 16-da Aqatu bölgəsində hücum nəticəsində 12 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun