Bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açılıb

22 İyul 2024 12:09

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

Milli.Az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun