Bu kənddə kişilər və qadınlar üçün ayrı dayanacaqlar var - FOTO

22 İyul 2024 21:00

Adıyaman şəhərinin Menzil kəndində avtobus dayanacaqları diqqət çəkib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, kənddə avtobus dayanacaqları kişilər və qadınlar üçün ayrıdır. Bununla yanaşı, qadın və kişilərin avtobuslara ayrı-ayrı qapılardan minib-düşdüyü də bildirilib.  Qadınların avtobusa arxa qapıdan, kişilərin isə ön qapıdan mindiyi öyrənilib.

Məsələ ilə bağlı aidiyyatı qurumlar açıqlama verməyib. Bildirilir ki, bu, kənd camaatının istəyinə uyğun olaraq quraşdırılıb.

Milli.Az