Aİ-95 qonşuda kəskin bahalaşdı: Nə baş verir?

22 İyul 2024 13:48

Ukraynanın neft emalı zavodlarına silsilə hücumlarından sonra Rusiyanın yanacaq bazarı Aİ-95 benzini qıtlığı ilə üzləşib və bu səbəbdən ölkədə yanacaq hasilatı son iki ilin minimum səviyyəsinə düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Moskov Tayms" nəşri məlumat yayıb.

Qeyd edilib ki, çatışmazlıq səbəbindən Aİ-95-in qiyməti sürətlə artır və 20-21 iyul tarixlərində keçən ilin payızında baş verən yanacaq böhranı rekordlarına yaxınlaşıb.

Sankt-Peterburq birjasında iyulun 19-da Aİ-95-in bir tonu 73 605 rubla çatıb ki, bu da yayın əvvəlindən 44% bahalaşma deməkdir.

Qeyd edək ki, daxili istehsala başlanılması səbəbindən Aİ-95 benzini 15 iyuldan Azərbaycanda 40 qəpik ucuzlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun