"Neftçi "Almaniyadan transfer etdi

22 İyul 2024 10:53

Hazırda Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi" transfer çalışmalarını sürətləndirib.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, "ağ-qaralar"a könül verən bütün azarkeşlərin ürəyi indi qardaş ölkədən gələn xəbərlərlə döyünür.

Elə isə onları çox intizarda saxlamayaq, son dəqiqə məlumatını çatdıraq. Beləliklə...

Bakılılar az öncə yeni legionerlə anlaşıb. O, almaniyalıdır və hazırda düşərgədədir.

Ampluası müdafiəçi olan əcnəbi oyunçu bu gün tibbi baxışdan keçəcək və sağlıq durumunda bir problem aşkarlanmasa, 2+3 illik müqavilə imzalanacaq.

"Neftçi" ona qədər 3 transfer əməliyyatını nöqtələyib. Emil Səfərov, Edvin Kuç və Ramil Şeydayev daha əvvəldən Roman Qriqorçukun sərəncamındadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun