Azərbaycanlı müğənni: "Yeganə çıxış yolu intihar etməkdir"
21 İyun 2012 13:00
Milli.Az Day.Az-a istinadən xəbər verir ki, Day.Az Radioda Elman Bakuvinin təqdimatı ilə efirə çıxan "Start" verilişinin qonağı gənc müğənni Çingiz Mustafayev olub.
Çingiz muğam və musiqi janrlarını sintez edən müğənniləri tənqid edənlərə cavab verib.
"Məncə, bu çox cürətli hərəkətdir. Hər adam bu addımı ata və uğur qazana bilmir. Bu cür şeylərə yalnız köhnəfikirli, 60-70 il geridə qalmış insanlar tənqidi fikir söyləyə bilərlər. Onların işləri-gücləri yoxdur? Öz işləri ilə məşğul olsunlar", - o əlavə edib.
Gənc müğənni "Gündəmdə qalmaq üçün nə edərdiniz?" sualına maraqlı cavab verib.
"Gündəmdə qalmaq üçün mən intihar edərdim. Çünki başqa üsulların hamısından digər müğənnilər istifadə ediblər. Gündəmdə qalmağın yeganə üsulu intihar etməkdir. Hamı dalaşıb da, evlənib də, boşanıb da. Ona görə başqa üsullar qalmayıb", - o əlavə edib.
Milli.Az