Klub rəhbəri faciəvi şəkildə öldü

22 İyul 2024 09:18

Azərbaycanda futbol klubunun rəhbəri suda boğularaq ölüb.

Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan II liqa təmsilçilərindən "Ağdaş" klubunun rəhbəri Rəhman Əliyev Ağdaş rayonunda su kanalında bataraq ölüb.

34 yaşlı Əliyev evliydi, 3 övladı var.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun