Aeroport şossesində zəncirvari qəza - FOTO

22 İyul 2024 09:16

Bakının Xəzər rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesində qeydə alınıb.

Belə ki, yüksək surətlə hərəkətdə olan "Chevrolet" markalı maşının qarşısına köməkçi yoldan digər nəqliyyat vasitəsi çıxıb və nəticədə qəza baş verib.

Avtoqəzada 4 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtomobillər yoldan evakuasiya edilib.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun