Robert Kennedi: Trampı ancaq mən məğlub edə bilərəm

22 İyul 2024 08:20

ABŞ-də prezident seçkilərində müstəqil namizəd olan Robert Kennedi Respublikaçılar Partiyasının namizədi Donald Trampa yalnız özünün qalib gələ biləcəyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

"Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Ona qalib gələ biləcəyimə inanıram", - Kennedi deyib.

Siyasətçi Tramp seçiləcəyi halda ABŞ-də vəziyyətin pisləşəcəyini bildirib.

Qeyd edək ki, kiçik Robert Kennedi ABŞ-nin sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun