Volodin: Bayden qorxaqcasına qaçdı

22 İyul 2024 06:46

ABŞ Prezidenti Co Bayden seçilməyəcəyini anlayaraq qorxaqcasına seçki kampaniyasından qaçdı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Bayden kimilər sanksiyalar, Ukraynadakı müharibə, Avropa ölkələrinin iqtisadiyyatlarının məhv edilməsi, Kuba xalqına edilənlərdən dolayı məsuliyyətə cəlb olunmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, C.Bayden prezidentliyə namizədliyini geri götürüb. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun