ABŞ-də atışma: Ölən və yaralananlar var

21 İyul 2024 19:47

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı atışma nəticəsində azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə təxminən 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

İnsidentin səbəbi hələlik açıqlanmayıb.

Polis müfəttişi bildirib ki, atəş açan bir neçə nəfər ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun