ABŞ-da atışma - 3 nəfər ölü, 7 yaralı

21 İyul 2024 18:52

ABŞ-da ziyafət mərasimində atışma olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Filadelfiyada qeydə alınıb.

Gecə saat 02.00 radələrində ümumilikdə 150-yə qədər insanın iştirak etdiyi mərasimdə atışma nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis atəş açanların bir neçə nəfər olduğunu açıqlayıb. Şübhəli şəxslər hələ saxlanılmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun