Berlində futbol oyunundan öncə terror aktının qarşısı alındı

21 İyul 2024 18:46

Almaniya polisi AVRO-2024 çərçivəsində İspaniya və İngiltərə yığmaları arasında keçirilən oyundan bir neçə saat əvvəl Berlində Braytşaydplats meydanında terror aktının qarşısını alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Hədəf Braytşaydplats meydanındakı İnjiltərə millisinin tərəfdarları olub. Alman polisinin reyd zamanı 3 şübhəlini saxlaması nəticəsində terror aktının qarşısı alınıb.

Şübhəlilər öncədən polisin müşahidəsi altında olub. Şübhəlilərin mobil telefonlarında ərazidə yerləşən Braytşaydplats meydanı və kilsənin fotoları aşkarlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun