Sağalmaz xəstəliyə tutulan qadın özünü öldürdü
25 May 2010 14:35
İntihar hadisəsi Bərdənin Kətəlparaq kəndində baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, kənd sakini 48 yaşlı Familə Məmmədova özünü yaşadığı evdə asıb.
Mərhum uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ailə üzvləri onu aldadaraq, xəstəliyinin tezliklə sağalacağını deməklə ümid verirmişlər. Lakin F.Məmmədova sağalmaz xəstəliyə tutulduğunu bildikdən sonra özünü öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az