45 yaşlı Nahid faciəvi şəkildə öldü

21 İyul 2024 14:41

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.

Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun