Şərait dəyişir: ABŞ silahı ilə Rusiyanı vurmaq... - Sallivan

21 İyul 2024 10:25

Ukraynada müharibə dəyişdikcə dəstəyimiz dəyişir, təqdim etdiyimiz imkanlar inkişaf edir. Ona görə də gələcəklə bağlı bu suala dəqiq cavab verə bilmərəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsinə imkan verən şəraitin olub-olmaması barədə sualı cavablandırarkən deyib.

Sallivan qeyd edib ki, bunu artıq ölkə Prezidenti Co Bayden şərh edib:

"O, ABŞ-ın daim vəziyyəti izlədiyini və nəticə çıxardığını bildirib"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun