Bilgəhdə dənizdə batan iki qardaşı ataları XİLAS ETDİ

21 İyul 2024 10:10

1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun