Hindistanda Çandipur virusundan ən azı 16 nəfər ölüb

21 İyul 2024 07:30

Hindistanın qərbindəki Qucarat ştatında qeydə alınan Çandipur virusundan ən azı 16 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ştatın səhiyyə naziri Raşikeş Patel jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yalnız Hindistanda qeydə alınana virus ümumilikdə 50 nəfərdə aşkarlanıb: "Bu həftənin əvvəlində dövlət orqanları rəsmi olaraq təsdiqlənmiş bir ölüm və 29 yoluxma barədə məlumat verib".

Çandipur virusu ağcaqanadların və ya gənələrin dişləməsi ilə ötürülür. İlk dəfə 1965-ci ildə Hindistanın Maharaştra əyalətinin Çandipur kəndində ensefalit epidemiyası zamanı aşkar edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun